...

Qazaxıstanın rəsmi strukturları Xəzərin Qazaxıstan sektorunda iki Azərbaycan brakonyer gəmisinin saxlanılması haqqında məlumatı təkzib edirlər - Baş Konsulluq

Siyasət Materials 17 May 2010 18:58 (UTC +04:00)
Qazaxıstanın rəsmi strukturları Xəzərin Qazaxıstan sektorunda içərisində 18 Azərbaycan vətəndaşının olduğu iki brakonyer gəmisinin saxlanılması xəbərini təkzib edirlər.
Qazaxıstanın rəsmi strukturları Xəzərin Qazaxıstan sektorunda iki Azərbaycan brakonyer gəmisinin saxlanılması haqqında məlumatı təkzib edirlər - Baş Konsulluq

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir S.Ağayeva/

Qazaxıstanın rəsmi strukturları Xəzərin Qazaxıstan sektorunda içərisində 18 Azərbaycan vətəndaşının olduğu iki brakonyer gəmisinin saxlanılması xəbərini təkzib edirlər. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Aktaudakı Baş Konsulluğundan məlumat verilib.

"Xəzərdə iki Azərbaycan brakonyer gəmisi saxlanılıb. Gəmilərin anbarlarında 500 kiloqramdan çox nərəkimilər dəstəsinə aid balıqlar aşkar olunub ", "Kazakhstan Today" Atırau vilayəti Daxili İşlər Departamentinin mətbuat katibi Gülnəzirə Muxtarovaya istinadən yazıb.

"Departamentin bölmələrinin, təbiətin mühafizəsi üzrə prokurorluğun, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinin və digər xidmətlərin birgə əməliyyatı zamanı Xəzər dənizinin Qazaxıstan sektorunda iki Azərbaycan brakonyer gəmisi saxlanılıb. Gəmidə 18 nəfər Azərbaycan vətəndaşı olub. İlkin hesablamalara görə, gəmilərin anbarlarında 500 kiloqramdan çox nərə cinsinə aid balıqlar olub", - vilayət departamentinin mətbuat katibi deyib.

Azərbaycanın Aktaudakı Baş Konsulluğu Qazaxıstanın Atırau vilayətində müvafiq orqanlara müraciət ediblər, lakin hazırda heç bir dövlət strukturu məlumatı dəstəkləmir", - diplomatik nümayəndəlikdən bildiriblər.

Xəbər lenti

Xəbər lenti