...

Azərbaycan xalçaları Türkiyə Baş nazirinin xanımının xoşuna gəlib

Siyasət Materials 17 May 2010 20:07 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan bazar ertəsi "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətində olublar.
Azərbaycan xalçaları Türkiyə Baş nazirinin xanımının xoşuna gəlib

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan bazar ertəsi "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətində olublar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Xanımlar nadir Azərbaycan xalçalarından, "Azərilmə"nin məmulatından ibarət sərgiyə baxıblar.

Qonağa məlumat verilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Ölkəmizdə toxunan xalı-xalça yüksək keyfiyyəti və zəngin çeşidləri ilə fərqlənir. Azərbaycan xalçaları dünyanın bir çox muzeyinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlayan bu müəssisənin məhsulları bir çox ölkələrdə keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülüb. Naxışların incəliyi və ilmələrin yüksək sıxlığı, tərtibatın orijinallığı və milli koloriti ilə seçilən xalçaların istehsal prosesi də çox maraqlıdır. Burada bütün xalçalar ənənəyə uyğun toxunur. İplər ancaq təbii boyalarla boyanır, eskizlər yalnız milli naxışlardan götürülür.

Mehriban Əliyeva və Əminə Ərdoğan qalereyada nümayiş etdirilən zəngin eksponatlara baxıb, boyama və toxuma proseslərini maraqla izləyiblər. Bildirilib ki, bölgələrdə də emalatxanaları olan müəssisənin məqsədi Azərbaycan xalça sənətinin ənənələrini dirçəltmək və inkişaf etdirməkdir.

Hazırda "Azərilmə"də çalışan işçilərin arasında rəssamlar, sənətşünaslar, xalçaçılar, boyaqçılar və digər mütəxəssislər var.

Burada Azərbaycanın bütün klassik xalçaçılıq məktəblərinə aid xalçalar toxunur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan müəssisədə toxunan xalçaların nümayiş etdirildiyi "Sehirli naxışlar" qalereyasında da olub, burada orijinal kompozisiyalı və əlvan tərtibatlı xalçalara baxıblar.

Qonaqlar çay süfrəsinə də qonaq olublar. Gördüklərindən məmnun qalan Əminə Ərdoğan müəssisənin kollektivinə uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti