...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə baş nazirinin xanımı Əminə Ərdoğan Filarmoniya bağında olmuşlar

Siyasət Materials 17 May 2010 22:38 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 17-də Bakının ən gözəl istirahət guşələrindən birində - Filarmoniya bağında olublar
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə baş nazirinin xanımı Əminə Ərdoğan Filarmoniya bağında olmuşlar

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 17-də Bakının ən gözəl istirahət guşələrindən birində - Filarmoniya bağında olublar, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Bağ ilə tanışlıq zamanı bildirildi ki, 1830-cu ildə İçərişəhər divarlarının əhatəsində salınan və uzun müddət qədim Bakının yeganə istirahət məkanı olan bu bağın maraqlı tarixi vardır.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən burada abadlıq və yenidənqurma işləri aparılıb. Yenidənqurma prosesi bağın orijinal üslubu saxlanılmaqla həyata keçirilib.

Hazırda Filarmoniya bağı Bakının digər istirahət guşələri kimi paytaxt sakinlərinin maraqlı istirahət yerinə çevrilmişdir. Burada aparılan yenidənqurma işləri zamanı əsas diqqət ərazinin təkrarolunmaz koloritinin qorunub saxlanılmasına yönəldilib. XIX əsr paytaxt memarlığına xas Qərb ənənələrinin Şərq üslubu ilə uzlaşdırılması bu bağın dizaynını daha da cəlbedici edir.

Xəbər lenti

Xəbər lenti