...

Çərşənbə günü İran xarici işlər nazirinin müavini ölkənin KİV nümayəndələri ilə birgə Tbilisiyə səfər edəcək

Siyasət Materials 19 May 2010 11:06 (UTC +04:00)
Bu gün Gürcüstan tərəfinin dəvəti ilə İran xarici işlər naziri müavininin rəhbərlik etdiyi İran KİV nümayəndələri Tbilisidə səfərdə olacaq, - İran XİN-in mətbuat katibi Ramin Mehmanpərəst bildirib.
Çərşənbə günü İran xarici işlər nazirinin müavini ölkənin KİV nümayəndələri ilə birgə Tbilisiyə səfər edəcək

Gürcüstan,Tbilisi, 19 may /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstan tərəfinin dəvəti ilə İran xarici işlər naziri müavininin rəhbərlik etdiyi İran KİV nümayəndələri Tbilisidə səfərdə olacaq, - İran XİN-in mətbuat katibi Ramin Mehmanpərəst bildirib.

Gürcüstan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin rəsmi şəxsləri ilə görüş planlaşdırılıb. Görüş çərçivəsində mətbuat sahəsində qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanacaq.

"Dəyirmi masa" arxasında birgə danışıqların aparılması da planlaşdırılır.

Nümayəndə heyətinin tərkibinə "Press TV" Dövlət Teleradio və Televiziya Şirkəti, İRNA, İLNA, "Fars" və"Mehr" informasiya agentliklərinin, həmçinin, "Soruş" nəşriyyat idarəsi və "İran", "Cəmecəm" qəzetlərinin jurnalistləri daxildirlər.

İki gün əvvəl Gürcüstan Prezidenti Türkiyənin Baş naziri ilə görüşündə bəyan edib ki, İranın nüvə proqramı ilə bağlı problemin həll məsələsi Gürcüstan üçün vacibdir. "Biz balaca dövlətik və bu məsələnin həlli bizim üçün çox mühümdür", - deyə Mixail Saakaşvili İranda Baş nazir Rəcəb Tayyib Ərdoğanla danışıqlarında bildirib.

Xəbər lenti

Xəbər lenti