...

Azərbaycan hökuməti "Dövlət İnformasiya Ehtiyatları Reyestrinin aparılması qaydaları haqqında Əsasnamə"ni təsdiq edib

Siyasət Materials 19 May 2010 11:16 (UTC +04:00)
Bu barədə Nazirlər Kabinetinin internet saytı rəsmi məlumat yayıb.
Azərbaycan hökuməti "Dövlət İnformasiya Ehtiyatları Reyestrinin aparılması qaydaları haqqında Əsasnamə"ni təsdiq edib

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti "Dövlət İnformasiya Ehtiyatları Reyestrinin aparılması qaydaları haqqında Əsasnamə"ni təsdiq edib.

Bu barədə Nazirlər Kabinetinin internet saytı rəsmi məlumat yayıb.

Əsasnamə Dövlət İnformasiya Ehtiyatları Peyestrinin formalaşdırılması, aparılması, istifadəsi və mühafizəsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Dövlət İnformasiya Ehtiyatları Reyestri dövlət informasiya ehtiyatıdır.

Əsasnamədə qeyd olunub ki, dövlət informasiya ehtiyatlarının uçotunun və monitorinqinin aparılması, dövlət informasiya ehtiyatlarının, onların təminat və mühafizə vasitələri ilə birlikdə informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istifadəsinin əlaqələndirilməsi və s. reyestrin formalaşdırılmasının məqsədləri sırasına daxildir.

Dövlət informasiya ehtiyatları haqqında elektron və kağız daşıyıcılarda olan məlumatlar, milli informasiya ehtiyatı hesab olunan informasiya ehtiyatları haqqında elektron və kağız daşıyıcılarda olan məlumatlar; mülkiyyətçilərinin (sahiblərinin) təşəbbüsü və ya razılığına əsasən, dövlət informasiya ehtiyatları ilə məlumat mübadiləsində iştirak edən digər informasiya ehtiyatları haqqında elektron və kağız daşıyıcılarda olan məlumatlar reyestrin tərkibinə daxildir.

Xəbər lenti

Xəbər lenti