...

Azərbaycanda Türkiyə Parlamentinin 90-cı ildönümünə həsr olunan konfrans keçiriləcək

Siyasət Materials 19 May 2010 13:37 (UTC +04:00)
Azərbaycanda mayın 24-də keçiriləcək konfransda Türkiyə Parlamentinin vitse-spikeri iştirak edəcək.
Azərbaycanda Türkiyə Parlamentinin 90-cı ildönümünə həsr olunan konfrans keçiriləcək

Azərbaycan, Bakı, 19 may, / Trend , A.Hüseynbala/

Azərbaycanda Türkiyə Parlamentinin 90-cı ildönümünə həsr olunan konfrans keçiriləcək.

Azərbaycanda mayın 24-də keçiriləcək konfransda Türkiyə Parlamentinin vitse-spikeri iştirak edəcək.

"Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Nevzat Pakdilin başçılıq edəcəyi nümayəndə heyətinə Parlamentin baş katibi Sadettin Kalkan, Türkiyə - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Mustafa Kabakçı, Türkiyə Parlamentinin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Alaaltin Böyükkaya və digərləri daxil olacaq", - çərşənbə günü Trend-ə Türkdilli Ölkələrin Parlament Assambleyasından (TÜRK PA) bildirilib.

Konfransda parlament diplomatiyasının inkişafında TÜRK PA-nın oynayacağı rol, qanunverici orqanların qarşılıqlı əlaqələr çərçivəsində fəaliyyəti, parlamentlərdəki dostluq qruplarına və parlamentlərin beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin birgə fəaliyyət göstərməsində TÜRK PA-nın korporativ rol oynaması kimi məsələlər müzakirə olunacaq. "Mayın 24-də TÜRK PA-nın Milli Məclisdə fəaliyyət göstərən beynəlxalq katibliyinin ofisinin açılış mərasimi də olacaq", - məlumatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti