...

Azərbaycanda fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında qanun hazırlanıb

Siyasət Materials 19 May 2010 16:00 (UTC +04:00)
Azərbaycan Parlamentinin komitəsində "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanun layihəsi müzakirə olunub.
Azərbaycanda fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında qanun hazırlanıb

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitəsində "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanun layihəsi müzakirə olunub.

"Layihədə fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsasları, əməkdaşların sosial müdafiəsi məsələləri, işə qəbul və xidmətə xitamvermə qaydaları, rütbələr, dərəcələr və digər məsələlər əksini tapıb", - Trend-in məlumatına görə, Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafər Əsgərov bildirib.

Əsgərovun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi (FHN) çox qısa bir müddətdə həm maddi-texniki, həm də elmi baza ilə təmin edilmiş olsa da, indiyədək qurumda xidmətkeçmə haqqında qanun yox idi. "Hazırda biz bu məsələni müzakirə edə bilərik ki, FHN-in hüquqi mənada tam, yüksək səviyyədə fəaliyyəti üçün artıq normativ baza yaradılmış olsun", - komitə sədri əlavə edib.

Komitənin üzvü olan deputatlar rəy və təkliflərini verəndən sonra qanun layihəsi müzakirə üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti