...

Azərbaycan və Türkiyə hərbçiləri birgə kurslar təşkil edirlər

Siyasət Materials 20 May 2010 10:40 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, Azərbaycan - Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, mayın 23-30-da İstanbulda hər iki dövlətin qoşun növləri ixtisas məktəblərindən maddi-texniki təminat və taktika müəllimlərinin qarşılıqlı mübadiləsi aparılacaq.
Azərbaycan və Türkiyə hərbçiləri birgə kurslar təşkil edirlər

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir K.Zərbalıyeva/

Müdafiə Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, Azərbaycan - Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, mayın 23-30-da İstanbulda hər iki dövlətin qoşun növləri ixtisas məktəblərindən maddi-texniki təminat və taktika müəllimlərinin qarşılıqlı mübadiləsi aparılacaq.

Mayın 24-dən avqustun 8-dək Bursada Azərbaycan - Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən,

partlayıcı axtarışı üzrə itlərə təlim (bomba axtarışı üzrə itlərin təlimatçısı) kursu keçiriləcək.

Mayın 24-30-da Ankarada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yüngül atletika komandası Türkiyə Respublikası Quru Qoşunları Hərbi Məktəbində keçiriləcək idman yarışlarında iştirak edəcək.

Azərbaycan - Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan hərbçiləri tank əleyhinə tağımın idarə edilməsi, əzələ-oynaq şişlərinin cərrahiyyəsi və hərbi sərbəst paraşütlə tullanma kurslarında iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti