...

ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt Gürcüstan - NATO komissiyasının işini vacib sayır

Siyasət Materials 20 May 2010 15:33 (UTC +04:00)
Vaşinqtonda ABŞ-ın Beynəlxalq Tədqiqatlar Mərkəzində Gürcüstan və NATO arasında münasibətlər mövzusunda müzakirələr keçirilib. Gürcüstan telekanallarının məlumatlarına görə, müzakirə iştirakçıları qarşısında ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt çıxış edib.O, alyansın açıq siyasəti mövzusunda hesabat təqdim edib.
ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt Gürcüstan - NATO komissiyasının işini vacib sayır

Gürcüstan, Tbilisi, 20 may /Trend N.Kirsxaliya/

Vaşinqtonda ABŞ-ın Beynəlxalq Tədqiqatlar Mərkəzində Gürcüstan və NATO arasında münasibətlər mövzusunda müzakirələr keçirilib. Gürcüstan telekanallarının məlumatlarına görə, müzakirə iştirakçıları qarşısında ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt çıxış edib.O, alyansın açıq siyasəti mövzusunda hesabat təqdim edib.

"NATO-nun genişləndirilməsi davam etməlidir. Gürcüstan - NATO komissiyasının işi çox vacibdir. Daxilolma prinsipi isə əvvəlki olaraq qalır.

Olbrayt hesab edir ki, alyansa üzv olmaq istəyən dövlətlər təşkilatın gücləndirilməsinə öz töhfələrini verməlidir. Çünki "NATO xeyriyyəçi təşkilat deyil, hərbi blokdur".

Olbraytın sözlərinə görə, NATO - Gürcüstan əməkdaşlığı məsələləri hələ 1994-cü ildə general Con Malxaz Şalikaşvili ilə birgə nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti