...

Gürcüstanda Kaçinskilərin vəfatının 40-cı günü qeyd olunur

Siyasət Materials 20 May 2010 17:55 (UTC +04:00)
Kaçinskilərin faciəli şəkildə həlak olmasının 40-cı günündə Gürcüstanın birinci xanımı Sandra Rulofsun təşəbbüsü ilə Tbilisidə iki anım tədbiri keçirilib.
Gürcüstanda Kaçinskilərin vəfatının 40-cı günü qeyd olunur

Gürcüstan, Tbilisi, 20 may /Trend, müxbir N.Kirsxaliya/

Kaçinskilərin faciəli şəkildə həlak olmasının 40-cı günündə Gürcüstanın birinci xanımı Sandra Rulofsun təşəbbüsü ilə Tbilisidə iki anım tədbiri keçirilib.

Varketili milli skrininq mərkəzinin adı dəyişdirilib və ona Polşanın birinci xanımı Mariya Kaçinskayanın adı verilib. Xatirə lövhəsini Sandra Rulofs bu gün səhər açıb.

Bu gün yerli vaxtla saat 17:00-da parlament kitabxanasının 3-cü korpusunda Gürcüstanın birinci xanımının təşəbbüsü ilə Kaçinskilərin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə Gürcüstan hökumətinin və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və Polşa səfirliyindən olan qonaqlar iştirak edəcəklər. Tədbirdə Sandra Rulofs, Polşa səfiri Ursula Doroşevsa və parlamentin vitse-spikeri Gigi Sereteli çıxış edəcək.

Tədbirdə ilk dəfə olaraq bəstəkar Tamar Salukvadzenin "Katın 2010" simfoniyası ifa ediləcək.

Həmçinin Kaçinskilərin Gürcüstana səfərlərini təsvir edən fotomateriallar təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti