...

Bakı Cənubi Qafqazdakı mürəkkəb vəziyyətə baxmayaraq, dialoqa hazırdır – Azərbaycan Prezident Administrasiyası

Siyasət Materials 21 May 2010 10:30 (UTC +04:00)
Azərbaycan Cənubi Qafqazdakı vəziyyətin bütün mürəkkəbliyinə baxmayaraq, dialoqa köklənib. Bu barədə Azərbaycan Prezident Administrasiyasının Siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov cümə axşamı Moskvada bəyan edib.
Bakı Cənubi Qafqazdakı mürəkkəb vəziyyətə baxmayaraq, dialoqa hazırdır – Azərbaycan Prezident Administrasiyası

Azərbaycan Cənubi Qafqazdakı vəziyyətin bütün mürəkkəbliyinə baxmayaraq, dialoqa köklənib. Bu barədə Azərbaycan Prezident Administrasiyasının Siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov cümə axşamı Moskvada bəyan edib. İTAR-TASS xəbər verir.

"Azərbaycanda erməni dilində informasiya agentliyi və televiziya fəaliyyət göstərir". - "Cənubi Qafqaz ölkələrində sosial-iqtisadi inkişaf: problemlər və perspektivlər" adlı beynəlxalq elmi-praktik konfransda çıxış edərkən o qeyd edib. - "Beləliklə, biz öz mövqeyimizi Dağlıq Qarabağ sakinlərinə və Azərbaycanla qonşu olan şəhər və rayonlaradək çatdırmaq istəyirik. Cənubi Qafqazda vəziyyətin mürəkkəbləşdiyi şəraitdə, bütün çətinliklərə baxmayaraq, Azərbaycan bu gün dialoqa hazırdır".

Moskvada elmi-praktik konfrans Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, MDU-nun tarix fakültəsinin, Rusiya Dövlət Humanitar Universitetinin, "Alternativ" Aktual Araşdırmalar Mərkəzinin (Qazaxıstan) dəstəyi ilə keçirilir. İştirakçılar regional vəziyyətin problemlərini, iki ölkə ekspert cəmiyyətləri arasında elmi-analitik əməkdaşlığa dair perspektiv layihələri müzakirə edirlər.

Xəbər lenti

Xəbər lenti