...

ABŞ və Rusiya Qırğızıstan uğrunda mübarizəni davam etdirəcəklər – ekspert Mixael Laubş

Siyasət Materials 21 May 2010 10:15 (UTC +04:00)
ABŞ və Rusiya Qırğızıstanda vəziyyətin sabitləşdirilməsi məsələsində onların hazırkı uzlaşdırılmış fəaliyyətlərinə baxmayaraq, tezliklə bu ölkədəki nüfuz uğrunda mübarizəni davam etdirəcəklər. Mərkəzi Asiya üzrə alman ekspert Mixael Laubş (Michael Laubsch) belə hesab edir.
ABŞ və Rusiya Qırğızıstan uğrunda mübarizəni davam etdirəcəklər – ekspert Mixael Laubş

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir V.Javoronkova/

ABŞRusiya Qırğızıstanda vəziyyətin sabitləşdirilməsi məsələsində onların hazırkı uzlaşdırılmış fəaliyyətlərinə baxmayaraq, tezliklə bu ölkədəki nüfuz uğrunda mübarizəni davam etdirəcəklər. Mərkəzi Asiya üzrə alman ekspert Mixael Laubş (Michael Laubsch) belə hesab edir.

Qırğızıstanda aprelin əvvəllərindən başlanmış iğtişaşlar davam edir. Həmin qarşıdurmalar nəticəsində, ölkədə Kurmanbek Bakiyevin hakimiyyəti devrilmiş, hazırda müvəqqəti prezident postunu Roza Otunbayeva tutur.

"İndiki məqamda elə görünür ki, Rusiya Qırğızıstanda vəziyyətin sabitləşdirilməsi məsələsində öz səylərini ABŞ-la əlaqəli qurur". - Laubş elektron poçt vasitəsilə Trend-ə bildirib. - "Lakin mən ehtimal edirəm ki, gec-tez Rusiya və ABŞ Qırğızıstandakı öz nüfuzları uğrunda dinc yolla "döyüşməyi" davam etdirəcəklər.

Almaniyanın ETG (Eurasian Transition Group) QHT-nin rəhbəri olan Laubşun fikrincə, Moskvanın ABŞ-la razılaşdırılmış səyləri alqışlanır və Qərbdə Rusiyanın Bişkekdəki planları ilə bağlı müəyyən inam oyadır.

"Lakin eyni zamanda, heç kim Rusiyanın gələcəkdə Qırğızıstanla bağlı hansı planlarının olacağını bilmir", - Ekspert belə hesab edir.

Onun fikrincə, Kreml, əlbəttə, Bişkekdəki yeni hökumətlə daha intensiv və sıx əlaqələrin qurulmasında maraqlıdır. Lakin məlumdur ki, özünün yeni strategiyasına görə, Moskva Otunbayeva administrasiyasına, onun siyasi vəziyyəti daha sabit olmayınca, çox təzyiq göstərmək istəmir.

"İndi (məsələn, ABŞ-ın Manas aeroportunda olmasına münasibətdə) tələblərin irəli sürülməsi, çox güman ki, Moskva ilə Bişkek arasında gərginliyin yeni dalğası ilə başa çata bilər", - Laubş deyib.

Odur ki, Rusiya və ABŞ-ın indiki və çox güman ki, müvəqqəti əlaqələndirilmiş səyləri Mərkəzi Asiya ölkələri üçün hadisələrin ən yaxşı inkişafıdır.

Laubşun sözlərinə görə, Rusiyanın Qırğızıstandakı əsas məqsədləri öz nüfuzunun gücləndirilməsindən ibarətdir. Onun sözlərinə görə, indiki halda Qırğızıstanda siyasi vəziyyətin sabitləşməsi və qırğızların əksəriyyətinin yeni administrasiyanı dəstəkləməsi Moskva üçün sərfəlidir.

"Rusiya vəziyyətin bütün mürəkkəbliyini çox gözəl dərk edir. O anlayır ki, Bişkekdəki hökumət yalnız o zaman yaşaya bilər ki, dövlət büdcəsi pula ehtiyacı olan adamların əlinə axsın". - Ekspert bildirib. - "Bununla da Bişkek əgər təkcə Rusiyadan deyil, ABŞ-dan da maliyyə dəstəyi alarsa, bu, Rusiyanı tam qane edər".

Əgər bu plan işləsə və yeni hökumət az və ya çox sabit olsa, Kreml Qırğızıstanda geosiyasi məqsədlərinə çatmaq üçün öz mübarizəsini gücləndirəcək.

Laubşun sözlərinə görə, Bişkekdəki yeni hökumət öz baxışlarında az və ya çox dərəcədə neytraldır və ya Rusiyanın bu ölkədəki maraqlarını qətiyyən "dəstəkləmir".

"Lakin mən tamamilə əminəm ki, Kreml Qırğızıstandakı qarşıdan gələn seçkilərdə öz tərəfdarlarına tam dəstək göstərəcək, lakin əlbəttə ki, gizli şəkildə", - o deyib.

Xəbər lenti

Xəbər lenti