...

Azərbaycan Parlamenti sədrinin müavini Danimarkaya gedəcək

Siyasət Materials 21 May 2010 12:08 (UTC +04:00)
Azərbaycan Parlamenti sədrinin müavininin başçılıq etdiyi nümayəndə heyəti mayın 24-dən 27-dək Danimarkanın paytaxtı Kopenhagendə səfərdə olacaq.
Azərbaycan Parlamenti sədrinin müavini Danimarkaya gedəcək

Azərbaycan, Bakı, 21 may /Trend, A.Hüseynbala/

Azərbaycan Parlamenti sədrinin müavininin başçılıq etdiyi nümayəndə heyəti mayın 24-dən 27-dək Danimarkanın paytaxtı Kopenhagendə səfərdə olacaq.

"Milli Məclis sədrinin müavini, Parlamentin ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti Kopenhagen şəhərində təşkilatın mənzil-qərargahında olacaq, katibliyin iş prinsipləri ilə maraqlanacaq, bir sıra görüşlər keçirəcək", - cümə günü Trend-ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Görüşlərdə Azərbaycan Parlamenti ilə ATƏT PA arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti