...

Ukraynanın "Promova" şirkəti Gürcüstan telekanallarının seçkiqabağı işindən razıdır

Siyasət Materials 21 May 2010 18:02 (UTC +04:00)
Ukraynanın "Promova" şirkəti seçki kampaniyasının gürcü telekanalları tərəfindən işıqlandırılmasında olan irəliləyişə işarə edir.
Ukraynanın "Promova" şirkəti Gürcüstan telekanallarının seçkiqabağı işindən razıdır

Gürcüstan, Tbilisi, 21 may /Trend, müxbir N.Kirsxaliya/

Ukraynanın "Promova" şirkəti seçki kampaniyasının gürcü telekanalları tərəfindən işıqlandırılmasında olan irəliləyişə işarə edir.

"Telekanalların çoxu merliyə namizədlər apreldə hələ qeydiyyata alınmasa da, ictimaiyyətə onlar haqqında balanslaşdırılmış informasiya təqdim edib", - Mərkəzi Seçki Komitəsində media-monitorinqin aralıq hesabatının təqdimat mərasimində şirkətin nümayəndəsi Yevgeni Qleboviski deyib.

"Amma bəzən elə hallar olurdu ki, bir namizədin birbaşa seçicilərə müraciət etmək imkanı olub. İkinci halda isə digər namizədin yerinə seçicilərə müxbir müraciət edib. Bu ədalətli balans deyil. Amma media-monitorinq zamanı bu planda irəliləyiş qeydə alınıb. Biz ümidvarıq ki, bu müsbət tendensiya seçki günü də özünü göstərəcək", - o deyib.

"Promova" ilk aralıq hesabatı mayın 11-də təqdim edib. Hesabata pullu və pulsuz siyasi reklamların dəqiqəbaşı hesabatı daxil olub.

Xəbər lenti

Xəbər lenti