...

Dağıstan Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 21 May 2010 16:59 (UTC +04:00)
Dağıstan Muxtar Respublikasının Prezidenti Maqomedsalam Maqomedov Azərbaycana səfər edəcək.
Dağıstan Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Аzərbaycan,Bakı, 21may /Trend, müxbir S.Ağayeva/

Dağıstan Muxtar Respublikasının Prezidenti Maqomedsalam Maqomedov Azərbaycana səfər edəcək.

Səfər mayın 24-25-nə nəzərdə tutulub. Bu barədə Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyindən Trend-ə bildiriblər.

Səfər çərçivəsində Maqomedovun Azərbaycanın Prezidenti, Baş naziri, Milli Məclisin spikeri ilə görüşü planlaşdırılıb. "Dağıstan Prezidenti Azərbaycana səfərinin ikinci günü ölkənin şimal rayonlarına baş çəkəcək", - nümayəndəlikdən verilən məlumatda bildirilir.

İkitərəfli danışıqların yekununa əsasən, iki ölkə arasındakı ticari-iqtisadi, elmi-texniki və mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq.

Həmçinin mayın 24-də Bakıda bu il 50 illik yubileyi qeyd olunacaq "Ləzginka" Dağıstan Dövlət ansamblının konserti təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti