...

Azərbaycanda ölkənin siyasi həyatında qadınların rolu barədə fikir mübadiləsi aparılacaq

Siyasət Materials 21 May 2010 19:15 (UTC +04:00)
AŞPA-nın Kişilər və qadınlar üçün bərabər imkanların təmin edilməsi məsələləri üzrə komitəsinin nümayəndə heyəti komitə sədri Xose Mendes Botanın rəhbərlyi ilə Azərbaycanın siyasi həyatında qadınların yeri və onlara qarşı zorakılığın vaxtında qarşısının alınması barədə ikitərəfli fikir mübadiləsi aparacaq.
Azərbaycanda ölkənin siyasi həyatında qadınların rolu barədə fikir mübadiləsi aparılacaq

Аzərbaycan,Bakı, 21may /Trend, müxbir V.Javoronkova/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Kişilər və qadınlar üçün bərabər imkanların təmin edilməsi məsələləri üzrə komitəsinin nümayəndə heyəti komitə sədri Xose Mendes Botanın rəhbərlyi ilə Azərbaycanın siyasi həyatında qadınların yeri və onlara qarşı zorakılığın vaxtında qarşısının alınması barədə ikitərəfli fikir mübadiləsi aparacaq. Bu barədə təşkilatın press-relizində deyilir.

Fikir mübadiləsi mayın 24-25-də Bakıda təşkil olunacaq kişi və qadınların bərabərliyi məsələsinə dair nazirlərin VII Ümumavropa konfransı çərçivəsində aparılacaq.

Bazar ertəsi nümayəndə heyəti Azərbaycan Parlamentində Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov, insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovla görüşəcək. Proqramda beynəlxalq və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş, həmçinin zorakılığın qurbanı olan qadınlar üçün sığınacağa baş çəkmək planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti