• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Siyasət

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə qətnaməsi Aİ-nin Qarabağ prosesi üzrə siyasətində dəyişikliklərin başlanğıcı ola bilər – ekspertlər

24 May 2010 08:00 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 22 may / Trend. Y.Ostapenko /

Avropa Parlamenti tərəfindən Cənubi Qafqaz üzrə qəbul edilən və Ermənistanı öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa çağıran qətnamə Ermənistan üçün siqnaldır. Lakin qətnamədəki tezislərin dərhal yerinə yetiriləcəyini gözləmək olmaz, çünki o yalnız tövsiyyə xarakteri daşıyır. Ekspertlər belə hesab edirlər.

"Azərbaycan Qarabağ münaqişəsilə bağlı öz mövqelərini irəlilətməkdə böyük çətinliklərlə üzləşir. Çünki erməni diasporu dünya birliyini Azərbaycanın "günahkar" tərəf olmaqda inandırmaq üçün inanılmaz iş görüb. Və bu qətnamə tədricən "balansı dəyişmək" üçün müsbət addım olacaq", -Brüsseldən Avropa Siyasi Mərkəzinin analitiki Amanda Pol (Amanda Paul) Trendə bildirib.

Avropa Parlamenti cümə axşamı Cənubi Qafqaz üzrə qətnamə qəbul edib. Orada Aİ regionda sabitliyin təmin olunmasında daha fəal iştirak etməyə çağırılır. "Dondurulmuş münaqişələr"in olması yolverilməzdir. AP deputatları son vaxtlar hərbi xərclərin artırılmasından narahat olduqlarını bildirir və erməni qüvvələrini Azərbaycanın bütün işğal olunmuş ərazilərini tərk etməyə çağırırlar.

Qətnamə çox nüfuzlu Avropa siyasi strukturunun mövqeyini əks etdirir. Məşhur azərbaycanlı politoloq Rasim Musabəyov belə hesab edir.

"Ermənilərin inadkarlığı, artıq yenilənmiş Madrid prinsiplərini qəbul etmək və Azərbaycan ərazilərindən öz işğalçı qüvvələrini çıxartmaq istəməmələri AP deputatlarında da qəbuledilməzlik doğurur", - deyə Musabəyov Trend-ə bildirib.

Onun sözlərinə görə, Avropa Parlamentini qətnaməsi ondan xəbər verir ki, Avropada artıq "özü üçün maliyyə yardımlarının ayrılmasını əsaslandırmağa, blokadada olduğuna əmin etməyə çalışan, eyni zamanda silahlanmaya pul xərcləyən və öz silahlı qüvvələrini digər dövlətin ərazilərində saxlayan Ermənistanın iddialarına daha göz yummaq istəmirlər".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib..

Aİ-dən siyasi siqnalın mühümlüyünün etirafı tövsiyələrin dərhal reallaşdırılması və 1994-cü ilin mayından, münaqişə tərəfləri aralarında atəşkəs rejiminə nail olduqları vaxtdan ATƏT-in MQ-nun himayəsi altında aparılan danışıqların gedişində ani dəyişikliyin baş verəcəyi demək deyil.

"AP-nin qətnaməsi Aİ-nin institutları olan Avropa Şurası və Avropa Komissiyası tərəfindən məcburi yerinə yetirilmə gücünə malik deyil"-avropalı ekspert Maykl Emerson Trendə bildirib.

Həm də danışıqlar prosesi tamamilə Azərbaycan və Ermənistanın razılığa gəlməsinə hazır olmasından asılıdır.

Onun sözlərinə görə, ATƏT-in MQ tərəfindən Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, Laçın dəhlizi ilə nəqliyyatın təmin olunması, daha sonra Dağlıq Qarabağın yekun statusu haqda qərarın qəbul edilməsi üçün aralıq sazişə nail olmaq məqqsədilə müəyyən təzyiq mövcuddur.

"Lakin bu an üçün mən Azərbaycan və Ermənistanın razılaşmaya hazır olduqlarının əlamətini görmürəm ", - deyə Brüsseldə Avropa Siyasi Araşdırmalar Mərkəzinin Avropa Mehriban Qonşuluq proqramına rəhbərlik edən Emerson Trendə bildirib.

Musabəyov güman edir ki, bu qətnamənin qəbul olunması ilə avtomatik olaraq münaqişənin nizamlanmasına gətirib çıxaracağını düşünmək utopiyadır. Çünki AP-nin qətnaməsinin çəkisi artıq 17 ildir ki, erməni tərəfinin əhəmiyyət vermədiyi BMT TŞ-nin qəbul etdiyi qətnamələrdən yüksək deyil.

1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Avropöalı analitik Pol hesab edir ki, nə qədər ki, iri oyunçular olan ABŞ və Rusiya təzyiq göstərməyə başlamayıb, hazırki qətnamə MQ çərçivəsində danışıqların istiqamətini dəyişməyəcək.

"Təəssüf ki, hansı təşkilatın qəbujl etməsindən asılı olmayaraq, qətnamələr yalnız kağız üzərində qalmaq tendensiyasına malikdirlər.Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən yalnız ona görə çıxarmaq niyyətində deyil ki, Avropa Parlamentinin qətnaməsi onu bu addımı atmağa çağırır", - o deyib.

Onun fikrincə, AP-nin tövsiyələrinin Aİ-nin üzvü olan ölkələrin rəhbərləri tərəfindən qəbul edilməsi vacibdir, çünki siyasi iradə olmadan Aİ-nin indiyədək kifayət qədər zəif olan Qarabağ məsələsi üzrə siyasətində dəyişikliyə nail olmaq çətindir.

Məqalənin yazılmasında V.Javoronkova iştirak edib

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper
Kateqoriyasında olan digər xəbərlər
Deputat: Sarkisyan Xocalı soyqırımına görə tribunal qarşısında cavab verəcək
Siyasət 08:43
Azərbaycan və Türkiyə prezidentləri birgə şam ediblər (FOTO)
Siyasət 24 Aprel 22:38
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Siyasət 24 Aprel 21:05
Avropa Gimnastika İttifaqının prezidenti: Azərbaycan idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışların keçirildiyi məkana çevrilib
Siyasət 24 Aprel 19:22
Prezident İlham Əliyev Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib (FOTO)
Siyasət 24 Aprel 18:45
Aydın Mirzəzadə: Azərbaycan və Ermənistanda seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı
Siyasət 24 Aprel 18:09
Vüqar Rəhimzadə: Sarkisyan tarix qarşısında cavab verməlidir
Siyasət 24 Aprel 17:55
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gəlib (FOTO)
Siyasət 24 Aprel 17:26
Əli Əhmədov: İçməli suyun tükənməməsi üçün həyata keçirilən layihələr kifayət etmir
Siyasət 24 Aprel 17:02
Baş katib: BMT Azərbaycanla sıx əməkdaşlığı davam etdirmək niyyətindədir
Siyasət 24 Aprel 16:40
Səfir: İsrail regionda Azərbaycanın əsas tərəfdaşlarından biridir
Siyasət 24 Aprel 16:25
Emmanuel Makron: Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində var qüvvəsi ilə çalışacaq
Siyasət 24 Aprel 14:07
Baş nazir: İspaniya Azərbaycanla səmimi münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərini davam etdirəcək
Siyasət 24 Aprel 14:06
Miloş Zeman: Azərbaycan və Aİ arasında əməkdaşlığın genişləndirilməsi bundan sonra da davam edəcək
Siyasət 24 Aprel 13:54
Azərbaycanda yeni medal təsis edildi
Siyasət 24 Aprel 12:56
Ombudsmanın illik hesabatı Milli Məclisdə qəbul edilib
Siyasət 24 Aprel 12:51
İşçi qrupu: Gələcəkdə ekshumasiya üçün itkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından DNT nümunələri götürülür (FOTO)
Siyasət 24 Aprel 12:13
Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı, Urmiya gölündən danışdı (YENİLƏNİB)
Siyasət 24 Aprel 11:45
Ən çox oxunanlar
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib
Yeni nazir: Bütün istiqamətlərdə şəffaflıq tam təmin ediləcək (FOTO)
Serj Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)
Nəzər nöqtəsi
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter