...

Azərbaycanın paytaxtında itkin düşmüş şəxsin meyidi çimərlikdə tapılıb

Siyasət Materials 24 May 2010 11:20 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, mayın 20-də Salamzadə küçəsində yaşayan Zaur Mirələmovun üç gün öncə itkin düşməsi barədə Binəqədi Rayon Polis İdarəsinin 14-cü polis pölməsinə məlumat daxil olub.
Azərbaycanın paytaxtında itkin düşmüş şəxsin meyidi çimərlikdə tapılıb

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın paytaxtında itkin düşmüş şəxsin meyidi çimərlikdə tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, mayın 20-də Salamzadə küçəsində yaşayan Zaur Mirələmovun üç gün öncə itkin düşməsi barədə Binəqədi Rayon Polis İdarəsinin 14-cü polis pölməsinə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, itkin düşmüş Mirələmovu mayın 17-si saat 22:00 radələrində Biləcəri qəsəbəsi yeni yaşayış sahəsi ərazisində Səməndər Hacıyev qohumu Ramil Babayev ilə birlikdə idarə etdiyi "QAZ-2410" markalı avtomobildə boğaraq öldürüb və sonra Zuğulba çimərliyinə atıblar.

Cinayətdə təqsirli bilinənlər tutulub və barələrində cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti