...

Gürcüstanda mayın 30-da olacaq yerli seçkilərin monitorinqini 64 təşkilat həyata keçirəcək

Siyasət Materials 24 May 2010 15:04 (UTC +04:00)
Gürcüstanın Mərkəzi Seçki Komissiyasına 30 may seçkilərində monitorinqin həyata keçirilməsində iştirak etmək istəyən təşkilatlar üçün ərizələrin qəbulu başa çatıb.
Gürcüstanda mayın 30-da olacaq yerli seçkilərin monitorinqini 64 təşkilat həyata keçirəcək

Gürcüstan, Tbilisi, 24 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Mərkəzi Seçki Komissiyasına 30 may seçkilərində monitorinqin həyata keçirilməsində iştirak etmək istəyən təşkilatlar üçün ərizələrin qəbulu başa çatıb.

MSK-da qeydiyyatdan keçmək üçün 28 beynəlxalq və 36 yerli təşkilat müraciət edib və artıq onlar qeydiyyatdan keçib. Gürcüstan MSK-dan Trend-ə bu haqda xəbər verilib. Bu günlərdə onlar komissiyaya müşahidəçilərin adları olan siyahını təqdim etməlidirlər.

Yerli təşkilatlar siyahıları mayın 25-i, beynəlxalq təşkilatlar isə mayın 28-nə kimi təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti