...

Azərbaycan Parlamentinin sədri Dağıstan Prezidenti ilə görüşüb

Siyasət Materials 24 May 2010 13:19 (UTC +04:00)
Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov bazar ertəsi Bakıda səfərdə olan Dağıstan Respublikasının Prezidenti Məhəmmədsalam Məhəmmədovla görüşüb.
Azərbaycan Parlamentinin sədri Dağıstan Prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov bazar ertəsi Bakıda səfərdə olan Dağıstan Respublikasının Prezidenti Məhəmmədsalam Məhəmmədovla görüşüb.

"Bu səfər ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacaq", - Trend-in məlumatına görə, bunu görüşdə spiker Oqtay Əsədov bildirib.

Əsədovun sözlərinə görə, Azərbaycanla Dağıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var.

Məhəmmədov qeyd edib ki, Azərbaycanla bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək üçün maraqlıdırar.

Xəbər lenti

Xəbər lenti