...

Azərbaycanın birinci xanımı ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini ilə görüşüb

Siyasət Materials 24 May 2010 13:24 (UTC +04:00)
Mayın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransında iştirak etmək üçün ölkəmizə gələn BMT Baş katibinin müavini xanım Aşa Rouz Mugiro ilə görüşüb, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Bakıda keçirilən Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransının əhəmiyyətindən danışılıb. Bildirilib ki, bu beynəlxalq tədbir dünyada gender bərabərliyinin təmin olunması ilə bağlı həyata keçirilən layihələrə dəstək verəcək.

Mehriban xanım Əliyeva BMT ilə Azərbaycan arasında yüksək münasibətlərin olduğunu bildirərək deyib ki, hazırda Heydər Əliyev Fondu BMT-nin bir çox strukturları ilə əməkdaşlıq əlaqələri həyata keçirir. Azərbaycanın birinci xanımı bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

BMT Baş katibinin müavini xanım Aşa Rouz Mugiro da ölkəmizdə olmaqdan məmnunluğunu bildirib və konfransın keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımına təşəkkür edib.

Xəbər lenti

Xəbər lenti