Gürcüstan, Tbilisi, 24 may /Trend, müxbir N.Kirsxaliya/
Misirin xarici işlər naziri Əhməd Əbülqeyt mayın 25-də Gürcüstana rəsmi səfər edəcək.
Səfər çərçivəsində o, Gürcüstan Prezidenti Mixail Saakaşvili, parlamentin sədri David Bakradze və gürcü həmkarı Qriqol Vaşadze ilə görüşəcək. Məlumatı Gürcüstan XİN yayıb.
Tərəflər arasında iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlıq haqqında razılaşmanın imzalanması gözlənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin