...

Azərbaycan və Misir üç saziş imzalayıblar (FOTO)

Siyasət Materials 24 May 2010 17:45 (UTC +04:00)
Azərbaycan və Misir bazar ertəsi Bakıda üç hökumətlərarası saziş imzalayıblar.
Azərbaycan və Misir üç saziş imzalayıblar (FOTO)

Аzərbaycan,Bakı, 24 may /Trend, müxbir Ü.Sadıxova/

Azərbaycan və Misir bazar ertəsi Bakıda üç hökumətlərarası saziş imzalayıblar. Bu barədə Misirin xarici işlər naziri Əhməd Əbülqeyt azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Sazişlər gənclər və idman sahəsində, diplomatik nümayəndəliklər üçün viza rejiminin ləğvi və iki ölkənin diplomatik akademiyaları arasında əməkdaşlıq haqqında imzalanıb. Sonuncu saziş Misirin Azərbaycandakı səfiri Sabir Mansur və Azərbaycan Diplomatik Akademiyasının direktoru Hafiz Paşayev arasında imzalanıb.

Sazişlər Əhməd Əbülqeytin Bakıya ikigünlük səfəri çərçivəsində imzalanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Misirin xarici işlər naziri problemin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.

Əbülqeyt Azərbaycan ilə Misir arasında siyasi və beynəlxalq əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Misirin xarici işlər naziri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı öz ölkəsinin Prezidenti Hüsni Mübarəkin məktubunu təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti