...

Belarus Prezidenti yaxın zamanlarda Azərbaycana rəsmi səfər etməyi planlaşdırır

Siyasət Materials 25 May 2010 17:53 (UTC +04:00)
Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın zamanlarda Azərbaycana rəsmi səfərə gəlməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı Minskdə keçirilən mətbuat konfransında Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri Əli Nağıyev bildirib.
Belarus Prezidenti yaxın zamanlarda Azərbaycana rəsmi səfər etməyi planlaşdırır

Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın zamanlarda Azərbaycana rəsmi səfərə gəlməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı Minskdə keçirilən mətbuat konfransında Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri Əli Nağıyev bildirib. Məlumatı BELTA yayıb.

"Bir neçə gündən sonra Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri baş tutacaq", - səfir deyib.

Onun sözlərinə görə, səfər ölkələr arasında olan münasibətlərin gələcək inkişafına əhəmiyyətli təkan verməlidir. Diplomat əmindir ki, Belarus və Azərbaycan arasında bütün sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat və humanitar əməkdaşlıqda elə bir məsələ yoxdur ki, onu həll etmək mümkün olmasın.  

Lukaşenkonun Azərbaycana qarşıdakı səfəri barədə danışan Əli Nağıyev bildirib ki, iki ölkə liderinin görüşü zamanı məsələlərin geniş dairəsinin müzakirəsi planlaşdırılır. O, prezidentlərin energetika sahəsində əməkdaşlığı da müzakirə edəcəklərini istisna etməyib. Nağıyev qeyd edib ki, Azərbaycan belə əməkdaşlıq üçün açıq bir ölkədir və müxtəlif layihələrdə ("Nabukko", "Odessa-Brodı" və b.) iştirak etməyə hazırdır. "Amma bu işdə marağı olan dövlətlər öz seçimlərini etməlidirlər", - səfir qeyd edib.

Belarus və Azərbaycanın energetika sahəsində mümkün əməkdaşlığına gəldikdə, diplomat bildirib ki, hər iki tərəfin mütəxəssisləri bu məsələni artıq müzakirə ediblər. Azərbaycan tərəfini bu müzakirələrdə Sənaye və Energetika, İqtisadi İnkişaf nazirliklərinin və Neft Korporasiyasının nümayəndələri təmsil edib. "Burada heç bir sual yoxdur. Sadəcə, hər iki ölkə üçün iqtisadi baxımdan sərfəli olacaq təmas nöqtəsinə gəlmək lazımdır", - Əli Nağıyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti