...

Azərbaycanın xarici işlər naziri Belçika senatorunu qəbul edib

Siyasət Materials 25 May 2010 18:54 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının senatoru, Senatın fəxri sədri xanım Ann-Mari Lizini qəbul edib.
Azərbaycanın xarici işlər naziri Belçika senatorunu qəbul edib

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Belçika Krallığının senatoru, Senatın fəxri sədri xanım Ann-Mari Lizini qəbul edib. Məlumatı Azərbaycan XİN-in mətbuiat xidməti yayıb.

Görüş zamanı tərəflər regiondakı vəziyyət, Azərbaycan-Belçika münasibətlərinin cari vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması prosesinin hazırkı durumu, qondarma "Dağlıq Qarabağ Respublikası parlamenti"nə keçirilən qondarma "seçkilər"lə bağlı dünya ictimaiyyətinin reaksiyası, xüsusilə də Avropa Parlamentinin qətnaməsi və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti