...

İlham Əliyev Mixail Saakaşvilini təbrik edib

Siyasət Materials 25 May 2010 20:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixail Saakaşvilini ölkəsinin milli bayramı – Dövlət müstəqilliyinin bərpası günü münasibətilə təbrik edib.
İlham Əliyev Mixail Saakaşvilini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixail Saakaşvilini ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin bərpası günü münasibətilə təbrik edib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Bu gün xalqlarımız arasındakı münasibətlər tarixən təşəkkül tapmış dostluq, mehriban qonşuluq ənənələrimizdən qaynaqlanır. Belə bir möhkəm təməllər üzərində qurulmuş və qarşılıqlı etimada, dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin inkişafı, strateji tərəfdaşlıq xarakteri almış əməkdaşlığımızın gündən-günə genişlənməsi böyük məmnunluq doğurur. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Gürcüstan dostluğu və əməkdaşlığının möhkəmləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrik məktubunda deyilir.

İlham Əliyev Mixail Saakaşviliyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və tərəqqi diləyib.

Xəbər lenti

Xəbər lenti