...

Azərbaycan Prezidenti Əjdərbəy məscidinin bərpasi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 25 May 2010 20:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Bakı şəhərində yerləşən Əjdərbəy məscidinin bərpasi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Əjdərbəy məscidinin bərpasi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Bakı şəhərində yerləşən Əjdərbəy məscidinin bərpasi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ötən əsrin əvvəllərində, 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi Hacı Əjdərbəy Aşurbəyov tərəfindən Bakı şəhərində tikilib istifadəyə verilmiş məscid Azərbaycanda mötəbər dini ibadət mərkəzlərindən biridir. Bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar "İttifaq" məscidi adı ilə tanınmışdır.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Əjdərbəy məscidində bərpa işlərinin tamamlanması üçün Bakı şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti