...

Azərbaycanın müdafiə naziri Rusiyaya səfər edib

Siyasət Materials 26 May 2010 10:26 (UTC +04:00)
Müdafiə nazirlərinin görüşündə regional təhlükəsizlik məsələlərinin, hərbi sahədə əməkdaşlığın gedişi və perspektivlərinin müzakirəsi nəzərdə tutulur.
Azərbaycanın müdafiə naziri Rusiyaya səfər edib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın müdafiə naziri Rusiyaya səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun dəvəti ilə gerçəkləşən səfərdə müdafiə naziri Səfər Əbiyev rusiyalı həmkarı ilə görüşəcək.

Müdafiə nazirlərinin görüşündə regional təhlükəsizlik məsələlərinin, hərbi sahədə əməkdaşlığın gedişi və perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti