...

Azərbaycanın Gürcüstandakı səfiri Telavi rayonunun Qaracalar kəndinə baş çəkib

Siyasət Materials 26 May 2010 16:11 (UTC +04:00)
Azərbaycanın Gürcüstandakı səfiri professor Namiq Əliyev səfirliyin əməkdaşları və KİV nümayəndələri ilə birlikdə mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin 92-ci ildönümü münasibətilə keçirilən tədbir çərçivəsində azərbaycanlıların sıx şəkildə yaşadığı Kaxetiya regionunun Telavinin Qaracalar kəndinə baş çəkib
Azərbaycanın Gürcüstandakı səfiri Telavi rayonunun Qaracalar kəndinə baş çəkib

Azərbaycan, Bakı, 26 may /Trend/

Azərbaycanın Gürcüstandakı səfiri professor Namiq Əliyev səfirliyin əməkdaşları və KİV nümayəndələri ilə birlikdə mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin 92-ci ildönümü münasibətilə keçirilən tədbir çərçivəsində azərbaycanlıların sıx şəkildə yaşadığı Kaxetiya regionunun Telavinin Qaracalar kəndinə baş çəkib. Bu barədə nümayəndə heyətinin verdiyi məlumatda deyilir.

Səfir Kaxetiyanın Telavi rayonunun ən böyük kəndi Qaracaların sakinləri ilə Laqodexi rayonunun Uzun Tala, Gəncəli və Qabal kəndləri sakinlərinin də iştirak etdiyi görüş keçirib. Görüşdə məktəblərin su və enerji ilə təminatı, yolların vəziyyəti, azərbaycanlıların yaşayış tərzi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin qeyd olunub ki, son dövrlərdə hökumət regionun inkişafına böyük diqqət göstərir. Bununla yanaşı, kəndlilər məktəblərin təmiri və onların müvafiq dərsliklərlə təminatı ilə bağlı öz fikirlərini irəli sürüblər. Həmçinin Kaxetiya regionunun azərbaycanlı icmasının nümayəndələri yolların təmiri və Azərbaycan kəndlərinin qazla təminatı üçün vəsait ayrılmasının vacibliyini vurğulayıblar.

Söhbət əsnasında səfir Azərbaycan-Gürcüstan əlaqələrinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın əsas istiqamətləri, həmçinin Gürcüstanla Azərbaycan arasında münasibətlərin gələcək inkişafı və gücləndirilməsi imkanlarına da toxunub. Azərbaycanlıların Gürcüstan ictimaiyyətinə inteqrasiyası prosesinin gücləndirilməsi məqsədilə təhsil, infrastruktur və digər layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərin vacibliyi qeyd olunub. Görüş Gürcüstanda bələdiyyə seçkiləri ərəfəsində keçirildiyinə görə səfir əhalinin seçkilərdə iştiraketmə fəallığı ilə də maraqlanıb. Gürcüstan azərbaycanlılarının gürcü xalqı ilə birlikdə hər zaman dövlətin ərazi bütövlüyü, demokratiyası, suverenliyinin bərqərar olmasında oynadığı rol xüsusilə vurğulanıb.

Səfir həmçinin kənd məktəbi, məscidi və uşaq bağçasına baş çəkib.

Əliyev kənd məktəbinin kitabxanasına Azərbaycan dilində, latın əlifbası ilə nəşr olunmuş kitablar və jurnallar verib.

"Görüşlərdə səfirlə yanaşı, qubernator ofisi və yerli bələdiyyə strukturlarının nümayəndələri də iştirak ediblər", - press-relizdə deyilir.

Xəbər lenti

Xəbər lenti