...

Azərbaycan MSK parlament seçkilərinə seçicilərin sayını açıqlayıb

Siyasət Materials 26 May 2010 17:16 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) 2010-cu il parlament seçkilərinə seçicilərin sayını açıqlayıb.
Azərbaycan MSK parlament seçkilərinə seçicilərin sayını açıqlayıb

Аzərbaycan, Bakı, 26 may /Trend, müxbir М.Əliyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) 2010-cu il parlament seçkilərinə seçicilərin sayını açıqlayıb.

Təqdim olunmuş siyahıya əsasən, ölkədə daimi yaşayan seçicilərin sayı 4 829 min təşkil edir. Bu barədə MSK katibi Natiq Məmmədov çərşənbə günü jurnalistlərə bildirib.

"Seçicilər siyahısının tərtib edilməsi yüksək səviyyədə aparılıb. Seçkilərə qədər ölkədə müvəqqəti yaşayan vətəndaşların adları da əlavə olunacaq. Ölkə ərazisində baş verən təbii fəlakətlər siyahıların tərtib olunması prosesinə təsir göstərməyib", - Məmmədov deyib.

Cari ilin yanavr ayından etibarən seçicilərin siyahısı seçki komissiyaları tərəfindən dəqiləşdirilir, fevralın 5-dən isə bu, öz növbəsində bu məlumatları birləşdirən və aprelin 5-də onları MSK-ya təqdim edən dairə seçki komissiyalarına verilib.

Azərbaycanda parlament seçkilərinin keçirilməsi noyabrın əvvəllərinə planlaşdırılır. Sonuncu dəfə 2008-ci ildə prezident seçkiləri dövründə seçicilərin sayı 4 834 584 nəfər təşkil edib.

Xəbər lenti

Xəbər lenti