...

Azərbaycanın müxalif partiyası piketi təxirə salıb

Siyasət Materials 26 May 2010 15:46 (UTC +04:00)
Trend-in çərşənbə günü ALDP-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, buna səbəb ATƏT-in Bakı ofisi rəhbərliyinin partiya sədri Fuad Əliyevlə görüşməyə razılıq verməsidir.
Azərbaycanın müxalif partiyası piketi təxirə salıb

Аzərbaycan, Bakı, 26 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) ATƏT-in Bakı ofisi qarşısında keçirilməsi nəzərdə tutulan piketi təxirə salınıb. Trend-in çərşənbə günü ALDP-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, buna səbəb ATƏT-in Bakı ofisi rəhbərliyinin partiya sədri Fuad Əliyevlə görüşməyə razılıq verməsidir.

ALDP ATƏT-in Bakı ofisinin qeyri-səmimi münasibət göstərdiyini və siyasi partiyalar arasında ögey-doğmalıq münasibəti nümayiş etdirdiyini iddia edirdi. Bu səbəbdən 31 may saat 14:00-da ATƏT-in Bakı ofisi qarşısında piket keçirilməsi planlaşdırılmışdı.

Bu gün partiyanın qərargahı ilə əlaqə saxlayan təşkilatın Bakı ofisinin rəsmiləri piketin keçirilməsinə ehtiyac olmadığını və ALDP sədri ilə mayın 31-də saat 14:30-da görüşəcəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti