...

Azərbaycanın Hacıqabul rayonu ərazisində dağılmış bənd bağlanıb

Siyasət Materials 27 May 2010 12:14 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının cümə axşamı yaydığı məlumata görə, hazırda bəndbərkitmə işləri davam etdirilir.
Azərbaycanın Hacıqabul rayonu ərazisində dağılmış bənd bağlanıb

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Kür çayının Hacıqabul rayonunun Meyniman kəndi yaxınlığında uçmuş bənd dünən saat 22:50-də bağlanıb.

Fövqəladə Hallar Nazirliyinin internet saytının cümə axşamı yaydığı məlumata görə, hazırda bəndbərkitmə işləri davam etdirilir.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti