...

Amerika ştatlarının qubernatorları Azərbaycan tərəfinə Respublika Günü münasibətilə təbrik məktubu göndəriblər

Siyasət Materials 27 May 2010 13:12 (UTC +04:00)
Amerikanın bir sıra ştatlarının qubernatorları Azərbaycan tərəfinə Respublika Günü münasibətilə öz təbrik məktublarını göndəriblər. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun məlumatında deyilir.
Amerika ştatlarının qubernatorları Azərbaycan tərəfinə Respublika Günü münasibətilə təbrik məktubu göndəriblər

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir M.Əliyev/

Amerikanın bir sıra ştatlarının qubernatorları Azərbaycan tərəfinə Respublika Günü münasibətilə öz təbrik məktublarını göndəriblər. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun məlumatında deyilir.

Amerikalı siyasətçilər təbrik məktublarında 1918-ci ildə müsəlman dünyasında ilk respublikanın yaradılmasının mühüm tarixi əhəmiyyətini qeyd ediblər.

Təbrik məktubları Alyaska, Arizona, Vaşinqton, Kolorado, Montana, Nevada, Yuta ştatlarının qubernatorları Şon Parnella, Canis Brüer, Kristin Qrequar, Bill Riter, Brayan Şvaytser, Cim Gibbons və Hari Herbert tərəfindən göndərilib.

Yuxarıda adları sadalanan ABŞ ştatları Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun konsulluq dairəsinə daxildirlər.

Xəbər lenti

Xəbər lenti