...

Azərbaycan və Rusiyanın müdafiə nazirləri Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər

Siyasət Materials 27 May 2010 14:57 (UTC +04:00)
Rusiya Federasiyası və Azərbaycanın müdafiə nazirləri Anatoli Serdyukov və general-polkovnik Səfər Əbiyev cümə axşamı Moskvada keçirdikləri görüşdə iki ölkə arasında qarşılıqlı hərbi və hərbi-texniki perspektivləri əhatə edən məsələləri müzakirə ediblər, - məlumatı "RİA-Novosti" yayıb.
Azərbaycan və Rusiyanın müdafiə nazirləri Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər

Rusiya Federasiyası və Azərbaycanın müdafiə nazirləri Anatoli Serdyukov və general-polkovnik Səfər Əbiyev cümə axşamı Moskvada keçirdikləri görüşdə iki ölkə arasında qarşılıqlı hərbi və hərbi-texniki perspektivləri əhatə edən məsələləri müzakirə ediblər, - məlumatı "RİA-Novosti" yayıb.

Səfər Əbiyev Moskvada işgüzar səfərdədir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik İrina Kovalçukun bildirdiyi kimi, "İki ölkənin müdafiə nazirləri Anatoli Serdyukov və general-polkovnik Səfər Əbiyev arasında işgüzar görüş təşkil olunub".

Görüş zamanı tərəflər Rusiya və Azərbaycan arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri, eləcə də Qafqaz regionunda təhlükəsizliklə bağlı problemləri müzakirə ediblər", - Kovalçuk qeyd edib.

Rusiya və Azərbaycan müdafiə nazirlərinin sonuncu görüşü mayın 11-də Anatoli Serdyukovun Azərbaycana rəsmi səfəri zamanı baş tutmuşdu. Həmin görüşdə nazirlər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini, regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ problemini müzakirə etmişdilər.

Xəbər lenti

Xəbər lenti