...

İran səfiri Azərbaycan dövlətini və xalqını Respublika Günü münasibətilə təbrik edib

Siyasət Materials 27 May 2010 17:00 (UTC +04:00)
İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami Azərbaycan dövlətini və xalqını 28 may - Respublika Günü münasibətilə təbrik edib.
İran səfiri Azərbaycan dövlətini və xalqını Respublika Günü münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir T.Cəfərov/

İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami Azərbaycan dövlətini və xalqını 28 may - Respublika Günü münasibətilə təbrik edib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Azərbaycanın milli bayramı 28 May - Respublika Günü münasibətilə dost və qardaş ölkə olan Azərbaycan Respublikasının dövlətini və xalqını səmimi qəlbdən təbrik edirəm", - Bəhrami bildirib.

Bəhrami əlavə edib ki, Azərbaycanın bütün sahələrdə günbəgün inkişaf etməsi İran İslam Respublikasının dövləti və xalqının arzusudur.

O deyib ki, İran İslam Respublikası hər zaman Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bötüvlüyünü dəskləyib və indi də bu yolda etibarlı dayaq və himayədardır.

Bəhrami əlavə edib ki, ortaq mədəniyyət və tarix, eləcə də iki ölkənin möhtərəm prezidentlərinin iradəsi qarşılıqlı mehriban münasibətlər üçün ən önəmli dayaqdır. "Allaha şükürlər olsun ki, münasibətlərin sürətlə irəliyə doğru getməsinin şahidiyik. Ümid edirəm ki, belə bir şəraitdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud olan bütün potensial imkanlardan maksimum dərəcədə istifadə olunacaq", - Bəhrami deyib.

Xəbər lenti

Xəbər lenti