...

Azərbaycanda İran vətəndaşı qətlə yetirilib

Siyasət Materials 28 May 2010 19:12 (UTC +04:00)
Mayın 27-də Şamaxı rayon sakini Tahir Məmmədov “Holland-Aktiv” şirkətinin müdiri, İran vətəndaşı Nasir Paşayini balta ilə qətlə yetirib.
Azərbaycanda İran vətəndaşı qətlə yetirilib

Azərbaycan, Bakı, 28 may /Trend/

Mayın 27-də Şamaxı rayon sakini Tahir Məmmədov "Holland-Aktiv" şirkətinin müdiri, İran vətəndaşı Nasir Paşayini balta ilə qətlə yetirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, Tahir Məmmədov Abşeron RPŞ-yə gələrək mayın 27-də Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində yerləşən "Holland-Aktiv" şirkətinin müdiri Nasir adlı şəxsi qətlə yetirdiyi barədə məlumat verib.

Araşdırma nəticəsində müəyyən olunub ki, avtomaşınların işlənmiş ehtiyat hissələrinin satışı ilə məşğul olan həmin şirkətdə bənna işləyən Tahir Məmmədov sərxoş halda, münaqişə zəminində yaranmış mübahisə zamanı şirkətin rəhbəri, İran vətəndaşı Nasir Paşayini balta ilə qətlə yetirərək meyidini yandırıb.    
    
Faktla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti