...

İlham Əliyev Hindistan Prezidentinə başsağlığı verib

Siyasət Materials 29 May 2010 13:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti xanım Pratibha Devisinqh Patilə başsağlığı verib.
İlham Əliyev Hindistan Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti xanım Pratibha Devisinqh Patilə başsağlığı verib. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkənizdə baş vermiş dəmiryol qəzası nəticəsində çoxsaylı insan tələfatı barədə xəbəri kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Hindistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", - başsağlığı məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti