...

Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verib

Siyasət Materials 29 May 2010 13:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə Lahor şəhərində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.
Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə Lahor şəhərində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Baş vermiş bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!" - başsağlığı məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti