...

Türkmənistan və İran sərhəd məsələlərinə dair danışıqlar keçirib

Siyasət Materials 29 May 2010 16:42 (UTC +04:00)
İran İslam Respublikasının xarici işlər nazirinin müavini Həsən Kaşkavi Aşqabadda işgüzar səfərdədir.O, konsul, parlament və vətəndaş məsələləri sahəsində kuratordur.
Türkmənistan və İran sərhəd məsələlərinə dair danışıqlar keçirib

Türkmənistan, İran, 29 may /Trend müxbir H.Həsənov/

İran İslam Respublikasının xarici işlər nazirinin müavini Həsən Kaşkavi Aşqabadda işgüzar səfərdədir.O, konsul, parlament və vətəndaş məsələləri sahəsində kuratordur.

İran nümayəndə heyəti konsul, gömrük və sərhəd məsələlərinə dair hökumətlərarası türkmən-İran komissiyasının növbəti iclasının işində iştirak etmək üçün Aşqabada təşrif buyurub.İki ölkə quruda uzun sərhədə malikdir və Xəzər dənizi ilə həmsərhəddir.

Kütləvi informasiya vasitələri üçün Türkmənistan Xarici İşlər Nazirliyinə istinadən yayılan məlumatda deyilir ki, "tərəflər tammiqyaslı əməkdaşlığın bundan sonrakı inkişafında maraqlı olduqlarını təsdiq edib".

Həmçinin, bundan əvvəl əldə olunmuş razılaşmalara dair fikir mübadiləsi olub

İclasın iştirakçıları əmin olduqlarını bidiriblər ki, bu istiqamətdə müzakirə olunan və həyata keçirilməsi planlaşdırılan bütün konkret addımlar indiki zamanda yüksəlişdə olan dövlətlərarası ticari-iqtisadi əməkdaşlığın genişlənməsinə birbaşa kömək edəcək.

İranın yüksək vəzifəli məmuru Türkmənistanın xarici işlər və daxili işlər nazirliklərində və Türkmənistan Məclisində bir sıra görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti