...

Azərbaycanlı deputata AŞPA-da yeni məruzənin hazırlanması həvalə edilib

Siyasət Materials 29 May 2010 20:32 (UTC +04:00)
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun məruzəçisi təyin edilib. Bu barədə Trend-ə şənbə günü Rafael Hüseynov məlumat verib.
Azərbaycanlı deputata AŞPA-da yeni məruzənin hazırlanması həvalə edilib

Fransa, Strasburq, 29 may / Trend, müxbir A.Məhərrəmli/

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun məruzəçisi təyin edilib. Bu barədə Trend-ə şənbə günü Rafael Hüseynov məlumat verib.

O qeyd edib ki, Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional işlər komitəsinin mayın 28-də Parisdə keçirilən iclasında ona "Hərbi münaqişələr və ətraf mühit" adlı məruzənin hazırlanması həvalə edilib.

Bu məruzə sözügedən problemin bütün Avropada araşdırılmasını tələb edir və bu kontekstdə millət vəkili Ermənistanın Azərbaycana qarşı təcavüzünün ölkəmizin ekologiyasına vurduğu ziyandan da geniş bəhs etmək niyyətindədir.

Bu məruzənin hazırlanması çərçivəsində Rafael Hüseynov Avropa Şurasına daxil olan ölkələrdəki münaqişə bölgələrinə səfərləri də nəzərdə tutulur.

Ötən illərdə AŞ PA-da bu məsələlərlə əlaqədar bir neçə tövsiyyə və qətnamə üçün təklif təqdim etmiş azərbaycanlı deputat problemin təfərrüatlarına kifayət qədər yaxşı bələddir.

Qeyd edək ki, indiyə kimi millət vəkilinə üzvü olduğu 3 komitənin xətti ilə 4 məruzə hazırlamaq həvalə edilmişdir. Belə ki, o, Mədəniyyət, elm və təhsil komitəsi üzrə 2, Hüquqi işlər və insan hüquqları, eləcə də Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional işlər komitələrinin hər birinin xətti ilə 2 məruzə hazırlamışdır

Xəbər lenti

Xəbər lenti