...

İsrail HDQ beynəlxalq donanmanı siyasi rəhbərliyin sifarişi ilə ələ keçirib

Siyasət Materials 31 May 2010 14:23 (UTC +04:00)
İsrail HDQ-nin mühasirədə olan Qəzza sektoruna gedən beynəlxalq humanitar donanmanın ələ keçirilməsi üzrə əməliyyatı siyasi rəhbərliyin gəmilərin Qəzza sektoruna buraxılmasına yol verməmək və dənizdən mühasirənin yarılmasına imkan verməmək barədə sifarişi əsasında həyata keçirilib
İsrail HDQ beynəlxalq donanmanı siyasi rəhbərliyin sifarişi ilə ələ keçirib

Azərbaycan, Bakı, 31 may /Trend/

İsrail HDQ-nin mühasirədə olan Qəzza sektoruna gedən beynəlxalq humanitar donanmanın ələ keçirilməsi üzrə əməliyyatı siyasi rəhbərliyin gəmilərin Qəzza sektoruna buraxılmasına yol verməmək və dənizdən mühasirənin yarılmasına imkan verməmək barədə sifarişi əsasında həyata keçirilib. Bu barədə İsrailin Azərbaycandakı Səfirliyinin məlumatında deyilir.

İsrail HDQ-nin "Azadlıq donanması"nı ələ keçirməyə göstərdiyi cəhd zamanı göyərtədə olan hüquq müdafiəçiləri bıçaq və dəyənəklərlə İsrail hərbçilərinə hücum ediblər. Üstəlik, nümayişçilər israilli əsgərin silahını oğurlaya biliblər.

İlkin məlumatlara görə, toqquşmalar zamanı 10 nəfər nümayişçi həlak olub, onlarca adam, eləcə də 4 İsrail əsgəri yaralanıb. Yaralanan bütün İsrail əsgərləri və xarici vətəndaşlar helikopterlərlə ölkənin hospitalına çatdırılıblar.

Yaxın saatlarda gəmilər yedəyə alınaraq, Aşdod limanına aparılacaq. Bundan sonra göyərtədəki sərnişinlər və aparılan yük İsrail hərbi qüvvələri tərəfindən yoxlanılacaq. Yaxın saatlarda ətraflı məlumat veriləcək.

Səfirliyin bəyanatında deyilib ki, İsrail və ölkənin hərbi-dəniz qüvvələri gəmilərin Qəzzaya buraxılmayacaqları barədə dəfələrlə xəbərdarlıq ediliblər. Bunun əvəzində sonra da Qəzzaya çatdırıla biləcək humanitar yardımın Aşdodda boşaldılması təklif olunub.

Lakin əməkdaşlıqdan imtina edilməsindən sonra gəmiləri dayandırmaq və onları yedəyə alaraq, Aşdod limanına aparmaqla bağlı qərar qəbul edilib.

Bəyanatda deyilir ki, HDQ-nin hərbçiləri operativ əmrlərə əməl etməyə çalışıblar və zorakılıqdan qaçmaq üçün bütün zəruri tədbirləri görsələr də, bunun nəticəsi olmayıb.

Qəzza sektoruna humanitar yük daşıyan gəmi karvanının ələ keçirilməsi ilə bağlı əməliyyatlar zamanı 16 nəfər həlak olub və 50-dən çox adam yaralanıb. İsrailin hərbi mənbələri isə 10 nəfərin öldüyünü iddia edir.

"Azadlıq donanması"nın tərkibinə altı gəmi daxildir. Onlar mühasirədə olan Qəzzaya, ən azı, 600 hüquq müdafiəçisi və 10 min ton humanitar yük daşıyıblar. İsrail bundan əvvəl də karvanı hədələmişdi. O, gəmiləri yedəyə alaraq, öz limanlarından birinə gətirəcəyini və səfər iştirakçılarını deportasiya edəcəyini açıqlayaraq, Qəzza sektoruna yaxınlaşmağı qadağan etmişdi.

Xəbər lenti

Xəbər lenti