...

Azərbaycan Parlamentində siqaretçəkmənin məhdudlaşdırılması ilə bağlı yeni qanun layihəsi hazırlanır

Siyasət Materials 31 May 2010 16:38 (UTC +04:00)
Azərbaycan Parlamentində "Siqaretçəkmənin məhdudlaşdırılması haqqında" yeni qanun layihəsi hazırlanır.
Azərbaycan Parlamentində siqaretçəkmənin məhdudlaşdırılması ilə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində "Siqaretçəkmənin məhdudlaşdırılması haqqında" yeni qanun layihəsi hazırlanır.

Milli Məclisin Sosial siyasət komitəsinin keçirdiyi "Milli qanunvericilikdə tütünlə mübarizə: Reallıqlar və perspektivlər" mövzusunda "dəyirmi masa"da komitə sədri Hadı Rəcəbli deyib ki, hər il dünyada 31 may - Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur və bu səbəbdən "dəyirmi masa"nın belə bir gündə keçirilməsi təsadüfi deyil.

Komitə sədrinin müavini Musa Quliyev bu sahədə yeni qanunun qəbulunun vacibliyini bildirərək deyib ki, "Siqaretçəkmənin məhdudlaşdırılması haqqında" yeni layihə parlamentin payız sessiyasında müzakirəyə çıxarıla bilər.

Tütünlə mübarizənin insan sağlamlığına xidmət etdiyini deyən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da bu məsələnin milli qanunvericilikdə öz əksini tapdığını, lakin reallıqda lazımınca tətbiq olunmadığını bildirib. O da bu istiqamətdə bəzi qanunlara, o cümlədən cərimələrin tətbiqi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinin tərəfdarı olduğunu deyib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov tütün məmulatlarından istifadənin zərəri barədə danışıb və bildirib ki, siqaret insan orqanizmində daha çox xərçəng, ürək-damar və digər xəstəliklər yaradır. "Azərbaycanda ölüm hallarının 71 faizi xərçəng, ürək-damar xəstəlikləri ilə bağlıdır", - Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti