...

Azərbaycanın Nazirlər Kabineti pedaqoji kadrların elmi dərəcəsinə və rütbəsinə əsasən onların maaşlarına olan əlavələrin ölçüsünü təsdiqləyib

Siyasət Materials 31 May 2010 17:54 (UTC +04:00)
Azərbaycanın Nazirlər Kabineti pedaqoji kadrların elmi dərəcəsinə və rütbəsinə əsasən onların maaşlarına olan əlavələrin ölçüsünü təsdiqləyib.
Azərbaycanın Nazirlər Kabineti pedaqoji kadrların elmi dərəcəsinə və rütbəsinə əsasən onların maaşlarına olan əlavələrin ölçüsünü təsdiqləyib

Azərbaycan, Bakı, 31 may /Trend müxbir M.Əliyev/

Azərbaycanın Nazirlər Kabineti pedaqoji kadrların elmi dərəcəsinə və rütbəsinə əsasən onların maaşlarına olan əlavələrin ölçüsünü təsdiqləyib.

Qaydalara əsasən, təhsil ocağının kateqoriyasından asılı olmayaraq fəlsəfə doktorlarının maaşına 30 manat, elmlər doktorlarının maaşına isə 50 manat məbləğində əlavələr ayrılacaq. Həmçinin, dosentlər və 5 ildən 10 ilə kimi iş təcrübəsinə malik olan professorların maaşına 25 manat əlavə olunacaq. İş təcrübəsi 10 ildən 15 ilə kimi olanların maaşına 50 manat, 15 ildən 20 ilə kimi olanların maaşına 75 manat, 20 ildən çox olanların maaşına isə 100 manat əlavə olunacaq.

Əlavələr elmi işçilərin maaşına tam şəkildə onların bütöv iş günü işlədikləri halda hesablanır. Yarım iş günü işləyən elmi işçilərin maaşları üçün əlavələrin 50 faizi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti