...

Azərbaycan XİN rəhbərinin müavini Böyük Britaniyada iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi imkanlarını müzakirə edib

Siyasət Materials 31 May 2010 16:33 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov Böyük Britaniyanın Parlamenti və Xarici İşlər Nazirliyində iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi imkanlarını müzakirə edib.
Azərbaycan XİN rəhbərinin müavini Böyük Britaniyada iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi imkanlarını müzakirə edib

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov Böyük Britaniyanın Parlamenti və Xarici İşlər Nazirliyində iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi imkanlarını müzakirə edib. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.

Sadıqov səfər zamanı Oksforddakı İslam Araşdırmaları Mərkəzinə baş çəkib, Mərkəzin Azərbaycanın müvafiq araşdırma qurumları ilə əlaqələrinin qurulması məsələlərini müzakirə edib.

Azərbaycanın XİN rəhbərinin müavini həmçinin "Azərbaycanın xarici siyasəti və regionda rolu" adlı məruzə ilə çıxış edib. Məruzədə o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqları, Azərbaycanın enerji siyasəti və beynəlxalq enerji bazarında rolu barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti