...

Azərbaycan Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib

Siyasət Materials 31 May 2010 20:22 (UTC +04:00)
Bazar ertəsi Daxili İşlər Nazirliyində "Şəxsi əmlak oğurluqlarının qarşısının alınması və açılması sahəsində görülən işlərin vəziyyəti"nə və "İcraatı dayandırılmış cinayət işlərinin inventarlaşdırılmasının nəticələri"nə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Azərbaycan Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib

Azərbaycan, Bakı, 31 may /Trend/

Bazar ertəsi Daxili İşlər Nazirliyində "Şəxsi əmlak oğurluqlarının qarşısının alınması və açılması sahəsində görülən işlərin vəziyyəti"nə və "İcraatı dayandırılmış cinayət işlərinin inventarlaşdırılmasının nəticələri"nə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Bu barədə DİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. O, qeyd etmişdir ki, cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlər çərçivəsində şəxsi əmlak oğurluqlarının açılması üzrə əməliyyat xidməti fəaliyyətinin, orqan və xidmətlər arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb etdiyindən ölkənin qanunvericilik aktlarından, Azərbaycan Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələr, bütövlükdə müvafiq sahədə fəaliyyət gündəlik nəzarətində olub, Kollegiya iclaslarının və əməliyyat müşavirələrinin müzakirəsinə çıxarılaraq bir sıra zəruri qərarlar qəbul edilib.

Gündəlikdəki birinci məsələ barədə Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski çıxış edib. O deyib ki, keçmiş illərdən bağlı qalmış mülkiyyət əleyhinə olan cinayətlərin açılması işinin səmərəsinin artırılması məqsədilə Bakı şəhərində vətəndaşların cibindən və əl çantalarından onlara məxsus əmlakın gizli talanması üzrə başlanmış əksər cinayət işlərinin çoxepizodlu olması nəzərə alınaraq cari ilin aprel ayında xüsusi istintaq-əməliyyat qrupu yaradılıb.

Qeyd olunub ki, bu növ hüquqazidd əməllərin cinayətkarlığın dinamikasına təsirinin daha böyük olması baxımından, 2009-cu il və cari ilin ötən dövrü ərzində bağlı qalmış şəxsi əmlak oğurluqları üzrə 1500-ə yaxın əməliyyat-axtarış işi öyrənilərək lazımi təhlillər aparılıb, ərazi orqanlarına əməli köməklik göstərilib. Görülən tədbirlərin məntiqi nəticəsi olaraq, 2783 şəxsi əmlak oğurluğunun, o cümlədən 863 mənzillərdən edilən, 228 mal-qara oğurluğunun və 102 cibgirlik faktının açılması təmin olunub.

Həmin cinayətlərə görə 1717 nəfər müəyyən edilib, axtarışda olan 295 təqsirləndirilən şəxs tutulub, keçmiş illərdən bağlı qalmış 119 cinayət işi açılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2010-cu ilin 4 ayında şəxsi əmlak oğurluqlarının, o cümlədən mənzillərdən edilən oğurluqların, mal-qara oğurluqlarının, cibgirliklərin açılması xeyli yaxşılaşıb.

"İcraatı dayandırılmış cinayət işlərinin inventarlaşdırılmasının nəticələri" haqqında məruzə ilə çıxış edən Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov bildirib ki, uçot-qeydiyyat intizamının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də icraatı dayandırılmış cinayət işlərinin vaxtaşırı inventarlaşdırılmasının aparılmasıdır.

Hər iki məruzə üzrə görülmüş işlər, qarşıda duran vəzifələr, mövcud nöqsan və çatışmazlıqların, onların aradan qaldırılması yolları ilə bağlı ətraflı müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti