...

Azərbaycanda müxalifətdaxili proseslər qənaətbəxş deyil - müxalifət partiyasının rəhbəri

Siyasət Materials 1 İyul 2010 11:40 (UTC +04:00)
Azərbaycanın müxalif Liberal Partiyası müxalifətdaxili proseslərin qənaətbəxş olmadığını bəyan edib.
Azərbaycanda müxalifətdaxili proseslər qənaətbəxş deyil - müxalifət partiyasının rəhbəri

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Liberal Partiyası müxalifətdaxili proseslərin qənaətbəxş olmadığını bəyan edib.

"Çox təəssüf ki, müxalifətdaxili proseslər məni qane eləmir. Biz hələ keçən ildən Parlament seçkilərinə "altılar" çərçivəsində getmək barədə təşəbbüsdə bulunmuşduq. Hər partiyanın öz marağı var və bu maraqları uzlaşdıra bilmirlər. Ona görə də təəssüflər olsun ki, müxalifətin birliyi hələ də alınmır", - cümə axşamı Trend-ə ALP-nin sədr əvəzi Əvəz Temirxan bildirib.

Partiyanın sədr əvəzi son mitinqlə bağlı ALP-yə qarşı səsləndirilən ittihamlara da cavab verib.

"Azadlıq" blokuna daxil olan partiyaların AXCP ilə bərabər təşkil etdiyi mitinqdə onların harada toplaşmaları barədə bizim xəbərimiz olmayıb. Bizim xəbərimiz olmayıbsa, onlar harda toplaşıb, biz orada necə ola bilərdik? Biz üç partiya blok olaraq mitinq təşkil edirik və onlardan ikisi üçüncüsünün harda toplaşdığını bilmir", - Temirxan bildirib.

"Azadlıq" bloku iyunun 19-da icazəsiz mitinq keçirməyə cəhd edib. Müxalifətyönümlü mətbuatda həmin aksiyada ALP nümayəndələrinin iştirak etmədiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti