...

Bakı polisi qəsdən adamöldürməyə cəhdə görə axtarışda olan şəxsi saxlayıb

Siyasət Materials 1 İyul 2010 12:42 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə axtarışda olan Əbdül Xeyrulla oğlu Əliyev iyunun 30-da tutulub.
Bakı polisi qəsdən adamöldürməyə cəhdə görə axtarışda olan şəxsi saxlayıb

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir K. Zərbalıyeva/

Bakı polisi qəsdən adamöldürməyə cəhdə görə axtarışda olan şəxsi saxlayıb.

Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə axtarışda olan Əbdül Xeyrulla oğlu Əliyev iyunun 30-da tutulub.

Məlumata görə, Əliyev Hacı Məmmədovun silahlı dəstəsinin üzvü olub.

Onun barəsində 2003-cü ilin sentyabrında sabiq spiker Rəsul Quliyevin qohumu Ülvan Bağırovun girov götürülməsi ilə bağlı Səbail Rayon Məhkəməsində axtarışlı həbs-qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti