...

Azərbaycanda müxalifət liderlərinin şəxsi ambisiyalarına görə siyasi partiyalar birləşə bilmirlər - sol partiyanın sədri Araz Əlizadə

Siyasət Materials 1 İyul 2010 15:34 (UTC +04:00)
Azərbaycanda siyasi partiyalar heç vaxt birləşməyəcəklər. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib.
Azərbaycanda müxalifət liderlərinin şəxsi ambisiyalarına görə siyasi partiyalar birləşə bilmirlər - sol partiyanın sədri Araz Əlizadə

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda siyasi partiyalar heç vaxt birləşməyəcəklər. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib.

"Azərbaycanda bloklaşma, birlik siyasi mədəniyyəti yoxdur. Bu gün bütün partiyalar Xalq Cəbhəsinin içindən çıxmış partiyalardır. Və onlar ona görə ayrılmayıblar ki, sonradan birləşsinlər - onlar ayrılıblar ki, hərə öz şəxsi ambisiyasını təmin etsin", - Əlizadə deyib.

Onun sözlərinə görə, müxalifət liderlərinin şəxsi ambisiyaları təmin edilmədiyinə görə siyasi partiyalar heç vaxt birləşməyəcəklər.

"Azərbaycanda istər sol, istərsə də digər partiyaların birliyi mümkün deyil, çünki partiyalar əsasən ideoloji zəmində deyil, partiya liderlərinin şəxsi ambisiyalarına görə yaranıblar", - ASDP sədri bildirib.

Azərbaycanda keçirilməsi noyabrın əvvəlində nəzərdə tutulan parlament seçkisi ilə bağlı müxalifət partiyalarının vahid blokda birləşməsi məsələsi müzakirəyə çıxarılsa da, indiyənədək hələ müxalifət partiyaları vahid mövqeyə gələ bilməyiblər.

Xəbər lenti

Xəbər lenti