...

"Eks-prezident haqqında" qanun layihəsi Azərbaycan Parlamentinə təqdim ediləcək

Siyasət Materials 2 İyul 2010 14:27 (UTC +04:00)
Yaxın günlərdə "Eks-prezident haqqında" qanun layihəsi Azərbaycan Milli Məclisinə təqdim ediləcək.
"Eks-prezident haqqında" qanun layihəsi Azərbaycan Parlamentinə təqdim ediləcək

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir M.Əliyev/

Yaxın günlərdə "Eks-prezident haqqında" qanun layihəsi Azərbaycan Milli Məclisinə təqdim ediləcək.

"Qanun layihəsi Azərbaycan Prezident Administrasiyası tərəfindən hazırlanıb və məndə olan məlumata görə, layihə yaxın müddətdə günlərdə ölkə Parlamentinə baxılmaq üçün veriləcək", - cümə günü jurnalistlərə Azərbaycan Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

2009-cu il martın 18-də keçirilən referendum vasitəsilə Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklər keçmiş dövlət rəhbərlərinə eks-prezident statusunun verilməsini də nəzərdə tutub. Bu məqsədlə ölkə Parlamentinə yeni qanun layihəsi hazırlanaraq təqdim edilməlidir.

Azərbaycan müstəqillik qazandıqdan sonra, Azərbaycana Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev və hazırda Prezident İlham Əliyev rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti