...

Qazaxıstan Senatının spikeri Azərbaycan səfirini qəbul edib

Siyasət Materials 2 İyul 2010 17:01 (UTC +04:00)

Аzərbaycan, Bakı, 2 iyul /Trend, müxbir S.Süleymanov/

Qazaxıstan Parlamenti Senatının sədri Qasım-Jomart Tokayev cümə günü Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilovu onun ölkədə diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib. Məlumatı Senatın mətbuat xidməti yayıb.

Görüş zamanı spiker Lətif Qəndilova Qazaxıstan və Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində roluna görə minnətdarlığını bildirib və diplomata təşəkkür məktubu təqdim edib.

"Bizim dövlətləri beynəlxalq siyasi problemlər üzrə ümumi baxışlar, fəal iqtisadi, siyasi əlaqələr və ümumi mədəniyyət birləşdirir", - Tokayev deyib.

Lətif Qəndilov isə öz növbəsində Qazaxıstan rəhbərliyinə onun səfir kimi fəaliyyətini dəstəklədiyinə görə öz minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti